Şimali Koreya taktiki ballistik raketi sınaqdan çıxarıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bildirilib ki, sınaq ölkənin Raket İstehsalı Baş İdarəsi tərəfindən silahların texniki cəhətdən təkmilləşdirilməsi istiqamətində aparılan müntəzəm işlər çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, oktyabrın 3-də Şimali Koreya Yapon dənizində təxminən 1000 kilometr məsafədəki hədəfi vuran ortamənzilli hipersəs raketini buraxıb.
