ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp noyabrda Asiyaya planlaşdırılan səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini istisna etməyib.

NUHÇIXAN xəbər verir ki, Tramp jurnalistlərin mümkün görüşlə bağlı sualını cavablandırarkən deyib: “Mən Kim Çen Inla görüşə bilərəm. Bu, maraqlı olardı. Onunla münasibətlərimiz yaxşıdır”.

Trampın noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: