Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

A- A A+

Avropada təbii qazın qiyməti qış mövsümü ərəfəsində anbarlardakı ehtiyatların aşağı səviyyədə olması ilə bağlı narahatlıqlar fonunda yenidən artıb.

NUHÇIXAN xəbər verir ki, “The Brussels Times” nəşrinin “Belga” agentliyinə istinadən yaydığı məlumata görə, oktyabrın 13-də Avropa bazarı üçün əsas göstərici hesab edilən Niderlandın TTF habında qaz fyuçerslərinin qiyməti səhər saatlarında 2 faizdən çox yüksələrək meqavat-saat üçün 86 avronu ötüb. Bu, 2022-ci ilin dekabrından bəri qeydə alınan ən yüksək göstəricidir.

Məlumata əsasən, fevral ayında TTF üzrə qazın qiyməti meqavat-saat üçün təxminən 32 avro təşkil edib. Yaxın Şərqdə fevralın sonlarında müharibənin başlanması və Hörmüz boğazından gəmiçilik daşımalarında yaranan fasilələr qiymətlərin kəskin artmasına səbəb olub.

Dünya üzrə mayeləşdirilmiş təbii qaz və neft həcmlərinin təxminən beşdə biri bu boğazdan daşınır. Buna görə də həmin marşrut qlobal enerji təchizatı baxımından mühüm əhəmiyyət daşıyır.

Avropanın qaz anbarlarında ehtiyatların əvvəlki illərin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə az olması bazarda narahatlığı artırır. Havanın tədricən soyuması fonunda enerji tələbatının yüksəlməsi və təchizatla bağlı risklər qiymətlərə əlavə təzyiq göstərə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: