Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

A- A A+

Xəzər dənizinin şimalında, Kulalı adası yaxınlığında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində əmələ gələn yeni quru əraziləri aşkar edilib.

NUHÇIXAN  “Kazinform”a istinadla xəbər verir ki, Qazaxıstan Xəzər Dənizi Tədqiqat İnstitutunun mütəxəssisləri 2021-2026-cı illərə aid peyk şəkillərini təhlil ediblər. Yeni quru əraziləri Rıbaçi yarımadasının qərbində və Tyuleniy adaları arxipelaqının bir hissəsi olan Kulalı adasının şərqində müəyyən edilib.

Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dənizin dibinin görünməsi prosesi bir neçə ildir davam edir və Xəzərin dayazlaşması ilə əlaqədardır. Yeni quru ərazilərinin dəqiq sahəsi hələ müəyyən edilməyib.

Kulalı hidroloji stansiyasının məlumatlarına görə, Xəzər dənizinin səviyyəsi tədqiqat dövründə azalıb. 2026-cı ilin iyul ayında suyun orta səviyyəsi mənfi 29,42 metr (BDS) olub. Lakin 2026-cı ilin peyk şəkilləri əvvəlki ilə nisbətən əhəmiyyətli dəyişiklik göstərməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: