Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb

A- A A+

Cənubi Afrika Respublikasında (CAR) ötən il ailələrin 12 faizi aclıqla üzləşdiyini bildirib. Bu, 2010-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Eyni zamanda, ölkə əhalisinin 14,7 faizi aclıq çəkib.

NUHÇIXAN  “TimesLIVE” nəşrinə istinadla xəbər verir ki, bu məlumatlar “South African Food Security Index 2026” hesabatında yer alıb. Ölkənin ərzaq təhlükəsizliyi üzrə ümumi göstəricisi 2024-cü ildəki 56,5 baldan 2025-ci ildə 52,6 bala enib.

Tədqiqatın müəllifləri vəziyyətin pisləşməsini ərzaq qiymətlərinin ümumi inflyasiyanı üstələyən sürətli artımı ilə əlaqələndirirlər. Bununla yanaşı, ərzaq almaq imkanları və qidalanma rasionunun müxtəlifliyi nisbətən sabit qalıb.

Ailə başçısı qadın olan və ərzaq çatışmazlığı səbəbindən yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ailələrin payı 2023-cü ildəki 38,4 faizdən ötən il 41,7 faizə yüksəlib.

Regionlar üzrə müqayisədə ərzaq təhlükəsizliyi baxımından nisbətən yaxşı göstəricilər Limpopo əyalətində qeydə alınıb. Şimali Keyp və Şimal-Qərb əyalətlərində isə aclığın artması və qida rasionunun müxtəlifliyinin azalması fonunda vəziyyət pisləşib.

Supermarketlərdə alış-verişlə bağlı məlumatlar da istehlakçıların getdikcə daha çox ucuz məhsullara və kiçik qablaşdırmalara üstünlük verdiyini, bir çox hallarda isə qida rasionunda məhsul çeşidini azaltdığını göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: