“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

A- A A+

“SpaceX” şirkətinin səhmlərinin qiymətinin düşməsi nəticəsində amerikalı iş adamı İlon Maskın sərvəti 28,6 milyard dollar azalaraq 1 trilyon dollardan aşağı düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrın 13-də birja ticarətinin açılışından sonra “SpaceX”in səhmləri 3 faizdən çox ucuzlaşıb. Nəticədə Maskın sərvəti 977,2 milyard dollar səviyyəsində qiymətləndirilib.

İyunun 12-də “SpaceX”in səhmlərinin Nasdaq birjasında listinqindən sonra İlon Mask dünyanın ilk trilyonçusu olub. Lakin bir neçə gün sonra “SpaceX” və “Tesla” şirkətlərinin səhmlərinin ucuzlaşması səbəbindən o, bu statusunu itirib.

Oktyabrın 5-də isə “Tesla” və “SpaceX” səhmlərinin bahalaşması fonunda Maskın sərvəti yenidən 1 trilyon dolları ötüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: