Ukrayna hökuməti hərbi ehtiyacların maliyyələşdirilməsi üçün əlavə 1,33 milyard dollar vəsait ayırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski məlumat verib.
Onun sözlərinə görə, ayrılan 60 milyard qrivnanın 43,5 milyardı (965 milyon dollardan çox) hərbçilərin maaşlarının ödənilməsinə və onların ailələrinə dəstəyə yönəldiləcək.
Qalan 16,6 milyard qrivna (368 milyon dollardan çox) isə sursat, dronlar, elektron müharibə və rabitə avadanlıqlarının alınmasına, eləcə də hərbi texnikanın təmiri və modernləşdirilməsinə sərf olunacaq.
