ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun hakimiyyəti dövründə, 1792-ci ildə buraxılmış sikkə hərracda 2,928 milyon dollara satılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə hərracın təşkilatçısı “Heritage Auctions” şirkətinin saytında məlumat verilib.
Məlumata görə, lot uğrunda keçirilən hərracda 66 təklif irəli sürülüb. Hərrac evi sikkənin yüksək dəyərini onun müstəsna vəziyyəti və milli əhəmiyyəti ilə əlaqələndirib.
Sikkə ABŞ Zərbxanasının yaradıldığı dövrə, Corc Vaşinqtonun prezidentliyi illərinə təsadüf edir.
