Hindistanda qayığın aşması nəticəsində 13 nəfər ölüb

A- A A+

Bihar ştatında (Hindistan) Qanq çayında qayığın aşması nəticəsində 13 nəfər ölüb.

NUHÇIXAN "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə Vayşali administrasiyasının rəhbəri Varşi Sinqh bildirib.

"Ölənlər arasında 9 qız və 4 oğlan var, onlardan ən kiçiyinin 6 yaşı, ən böyüyünün isə 16 yaşı var", - o bildirib.

Onun sözlərinə görə, xilas edilən altı nəfər xəstəxanada müalicə alırlar.

Qayıqda 20-yə yaxın şəxs olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: