Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

A- A A+

Rumıniya-Ukrayna sərhədi yaxınlığında üç pilotsuz uçuş aparatına (PUA) görə Rumıniya iki "F-16" qırıcısını və "IAR-330 Socat" helikopterini havaya qaldırıb.

NUHÇIXAN xəbər verir ki, Rumıniyanın "Digi24" telekanalı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad edən məlumat yayıb.

"Oktyabrın 14-ü səhər saatlarında Milli Müdafiə Nazirliyinin radiolokasiya müşahidə sistemi Ukrayna ərazisindəki Vılkove kəndi yaxınlığında, Rumıniya ilə sərhədin bilavasitə yaxınlığında hərəkət edən hava hədəflərini qeydə alıb. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki "F-16" qırıcısı və "IAR-330 Socat" helikopteri havaya qaldırılıb", - məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: