Cənubi Koreyanın Ulsan şəhərində kimya zavodunda baş verən yanğın nəticəsində təxminən 7 min işçi təxliyə edilib.
NUHÇIXAN Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, yanğın Seuldan təxminən 300 kilometr cənub-şərqdə yerləşən sənaye şəhərində yerli vaxtla saat 9:41 radələrində başlayıb. Zavodda çalışan 12 işçinin hamısı təhlükəsiz şəkildə təxliyə olunub.
Məlumata görə, yanğın yüksək dərəcədə alışan 8 min litr toluolun saxlanıldığı açıq hava çənində başlayıb və yaxınlıqdakı obyektə də zərər vurub.
Yanğının söndürülməsi üçün ətraf şəhər və rayonlardan xüsusi yanğınsöndürmə texnikası, helikopterlər və 200-dən çox yanğınsöndürən cəlb olunub.
