Vaşinqton narkotik qaçaqmalçılığına qarşı birgə təlimlər keçirmək məqsədilə Latın Amerikasına bir neçə yüz quru qoşunu əsgəri göndərir. Artıq 600-ə yaxın Amerika əsgərinin Panamaya yerləşdirilməsinə başlanılıb. Onların Kolumbiya və Hondurasın yerli silahlı qüvvələri ilə birgə təlimlər keçəcəyi bildirilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The New York Times" qəzeti ABŞ hərbi rəsmilərinə istinadla məlumat yayıb. Rəsmilər qeyd edir ki, bu missiya ABŞ ordusunun bölgədəki narkotik şəbəkələrinə qarşı əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Eyni zamanda, ABŞ-nin 10-cu dağ diviziyasının bir neçə yüz hərbçisi Mayamiyə ezam olunacaq.
