Belçikalıların dörddə biri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

A- A A+

Belçikada hər dörd nəfərdən biri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarından xəbərsizdir.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Belçikanın “Recupel” qeyri-kommersiya təşkilatının apardığı araşdırmada bildirilib.

Tədqiqata əsasən, ölkə sakinlərinin 23,6 faizi simsiz qulaqlıqların, mini dinamiklərin, kiçik ventilyatorların, LED lampaların və elektrik oyuncaqlarının elektron komponentlərdən ibarət olduğunu bilmir. Bu göstəriciyə görə Belçika sorğuda iştirak edən 12 Avropa ölkəsi arasında üçüncü yerdə qərarlaşıb.

Son bir ildə belçikalıların təxminən üçdə biri bu qəbildən olan cihazları tullayıb. Respondentlərin 17,4 faizi belə məhsulları məişət tullantılarına, 11,7 faizi isə təkrar emal üçün nəzərdə tutulan tullantılara atdığını bildirib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cihazların bir çoxunda litium-ion batareyalar mövcuddur. Tullantıların toplanması və emalı zamanı zədələnən batareyalar həddindən artıq qızaraq yanğınlara səbəb ola bilər.

“Recupel” istehlakçıları elektriklə işləyən və ya enerji ilə doldurulan bütün cihazları xüsusi toplama məntəqələrinə təhvil verməyə çağırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: