İstanbulda aramsız yağışlar nəticəsində ölənlərin sayı 3-ə çatıb - yenilənib

A- A A+

Türkiyənin İstanbul şəhərində aramsız yağışlar nəticəsində ölənlərin sayı 3-ə çatıb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata əsasən, aramsız yağışlar İstanbulla yanaşı bir sıra vilayətlərdə də selə səbəb olub.

Hazırkı məlumata görə, sel sularında 4 nəfər itkin düşüb.

Ölkənin ədliyyə naziri Akın Gürlek hadisə ilə əlaqədar araşdırma başladıldığını bildirib.

12:05

Türkiyədə iki gündür, aramsız yağışlar bir sıra fəsadlara yol açıb.

NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, sel suları səbəbindən İstanbulda 2 nəfər həyatını itirib.

İstanbulla yanaşı, Zonguldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində bütün təhsil müəssisələrində dərslər ikigünlük dayandırılıb.

Güclü yağışdan sonra İstanbulun Sarıyer rayonunun Ayazağa ərazisində suyun səviyyəsi yüksəldiyindən avtomobillər yolda qalıb, nəqliyyatın hərəkəti dayanıb. Eləcə də ərazidə fəaliyyət göstərən fabriklərdən birində sel suları səbəbindən işçilər köməksiz vəziyyətdə qalıb. Ümumilikdə şəhərdə 800-dən çox evə, 280-dən çox iş yerinə və onlarla avtomobilə ziyan dəydiyi bildirilir.

Bir sıra küçə, tunel və yeraltı keçidləri su basıb, sel suları Beylikdüzünün Adnan Kahveci məhəlləsində torpaq sürüşməsinə səbəb olub.

Kocaeli vilayətinin Kandıra, İzmit və Gebze rayonlarında çaylar məcrasından çıxaraq evləri və yolları su altında qoyub.

Sakaryanın Karasu rayonunda da binaların zirzəmilərini su basıb, Adapazarı–Karasu yolu hər iki istiqamətdə nəqliyyat üçün bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: