Pakistanda məktəb damının uçması nəticəsində 34 şagird həlak olub - yenilənib-2

A- A A+

Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 34 şagird və 1 müəllimə həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistan mediası rəsmi şəxslərə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 20 uşaq xəsarət alıb.

Polisin məlumatına görə, dam uçarkən binanın daxilində 110-115 uşaq olub.

11:26

Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 28 uşaq və 1 müəllimə həlak olub.

NUHÇIXAN-nın məlumatına görə, bu barədə Pakistan mediası rəsmilərə istinadən xəbər verir.

Həmçinin 20 uşağın xəsarət aldığı bildirilir.

Paytaxt polisinin rəisi Mian Səid damın uçması nəticəsində 40-dan çox insanın zərər çəkdiyini bildirib.

Onun sözlərinə görə, hadisədən sonra özəl məktəbin sahibi həbs edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

11:12

Pakistanın Peşəvər şəhərinin Dir-Koloni bölgəsində özəl məktəbin damının uçması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Onlardan 21-i şagird, 1-i isə müəllimdir.

Həmçinin 20 uşağın xəsarət aldığı bildirilir.

10:27

Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 17 şagird həlak olub.

NUHÇIXAN  xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.

Xəstəxananın nümayəndəsi bildirib ki, onların əksəriyyətinin 13 yaşı var. Hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

"Express Tribune" nəşri şagirdlərlə yanaşı, bir müəllimin də həlak olduğunu yazıb.

Bundan başqa, 30-dan çox yaralı xəstəxanaya çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: