Avropa İttifaqı (Aİ) büdcəsindəki maliyyə çatışmazlığını aradan qaldırmaq məqsədilə kriptovalyuta əməliyyatlarına yeni vergi tətbiqini nəzərdən keçirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Şurasının Prezidenti Antonio Koşta Aİ-nin 2028-2034-cü illəri əhatə edən büdcəsinin maliyyələşdirilməsi üçün kriptovalyuta ticarəti şirkətlərinə, iri texnologiya şirkətlərinə və onlayn kazinolara vergi tətbiqi təkliflərini araşdırmağa razılıq verib.
Antonio Koştanın məsələ ilə bağlı nəticələrini noyabrın 26-da keçiriləcək Aİ sammitində təqdim edəcəyi gözlənilir. Sammitdə ittifaqın növbəti yeddiillik büdcəsi ilə bağlı müzakirələr davam etdiriləcək.
