“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

A- A A+

“Panasonic” şirkəti tüstülənmə və yanğın təhlükəsi ilə əlaqədar Yaponiyada və Tayvanda satılmış təxminən 640 min paltaryuyan-quruducu maşını geri çağırır.

NUHÇIXAN  “The Japan Times” qəzetinə istinadla xəbər verir ki, geri çağırılma Yaponiya bazarı üçün nəzərdə tutulan 18 və Tayvan bazarı üçün istehsal edilən üç modeli əhatə edir. Şirkət cihazları ödənişsiz yoxlayacaq və təmir edəcək, həmçinin nasaz hissələri dəyişdirəcək.

“Panasonic”in məlumatına görə, yuyucu vasitələrin avtomatik dozalanma sistemindəki qüsur mayenin cihazın daxili elektrik naqillərinə sızmasına, qısaqapanmaya və nəticədə yanğına səbəb ola bilər.

Şirkət Yaponiyada altı, Tayvanda isə bir tüstülənmə və yanğın hadisəsinin qeydə alındığını bildirib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

“Panasonic” geri çağırılma çərçivəsinə düşən modellərin sahiblərini avtomatik dozalanma funksiyasından istifadəni dayandırmağa və hissələrin dəyişdirilməsi üçün şirkətə müraciət etməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: