Husilərin Yəmənin müvəqqəti paytaxtı olan Ədəndəki hökumət sarayına hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, husilər dünən raket və pilotsuz uçuş aparatları (PUA) ilə Məaşiq sarayına hücum ediblər. Nəticədə binanın bir neçə mühafizəçisi və mülki işçisi həlak olub.
