Mirzoyan: Ermənistan və Türkiyə hər an sərhədin açılması barədə qərar qəbul edə bilər

A- A A+

Ermənistan-Türkiyə dialoqu və münasibətlərin normallaşması prosesi kifayət qədər yetkin mərhələdədir və tərəflər istənilən an sərhədin açılması barədə qərar qəbul edə bilərlər.

NUHÇIXAN yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Ermənistan və Türkiyə arasındakı dialoq o qədər intensivdir və bu proses o qədər yetkinləşib ki, biz sabah hər iki tərəfin artıq sərhədin açılmasından danışdığını görə bilərik. Bizim dialoqumuz və münasibətlərin normallaşması kifayət qədər yetkindir və istənilən an Ermənistan-Türkiyə sərhədinin ikitərəfli hərəkət, sərnişin və yük daşımaları üçün açılması barədə qərar qəbul edə bilərik. Regionumuzda sürətli və köklü dəyişikliklər baş verir. İqtisadi, infrastruktur, etimad və psixoloji müstəvilərdəki dəyişikliklər müsbət xarakter daşıyır", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: