Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

A- A A+

Qırğız Respublikasının Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası ilk dəfə olaraq İctimai Müşahidə Mərkəzi yaradır və burada seçki məntəqələrindən videoyayımlar səsvermə günündə real vaxt rejimində izlənilə bilər.

NUHÇIXAN  “Kabar” agentliyinə istinadla xəbər verir ki, oktyabrın 16-da Komissiya yaradılacaq Mərkəzin iş prosedurlarını təsdiqləyib. Onun əsas məqsədi seçki prosesinin şəffaflığını təmin etmək və səsvermə prosesini videoyayımlar vasitəsilə izləmək imkanı yaratmaqdır.

Müəyyən edilmiş tələblərə uyğun olaraq, Mərkəz vətəndaşlar, media nümayəndələri, beynəlxalq və yerli müşahidəçilər, digər maraqlı tərəflər üçün açıq olacaq. Prosedurlara ziyarətçilərin qeydiyyatı, müvəqqəti nişanların verilməsi və videoyayımlara baxmaq qaydaları daxildir.

Ziyarətçilərə təşviqat aparmaq, avadanlıqlara müdaxilə etmək və ya ictimai asayişi pozmaq qadağandır. Təşviqat məqsədləri üçün videoyayımlardan istifadə və seçicilərin iradə ifadələrinin məzmununu müəyyən etməyə yönəlmiş hər hansı hərəkətlər də yolverilməzidir.

Komissiya, həmçinin 2027-ci ilin yanvarında keçiriləcək prezident seçkiləri üçün 81 media orqanını qeydiyyatdan keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: