ABŞ-nin sutkalıq xam neft istehsalı azalıb.
NUHÇIXAN ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 300 min barel azalaraq sutkada orta hesabla 13 milyon 679 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 791 min barel azalaraq sutkalıq 6 milyon 49 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 195 min barel azalaraq gündəlik 4 milyon 570 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 870 min barel, gələn il isə 14 milyon 300 min barel olacaq.
