İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

A- A A+

Estoniyanın Tartu şəhərində cəza çəkən isveçli məhbuslar saxlanma şəraitindən şikayətləniblər.

NUHÇIXAN  xəbər verir ki, bu barədə məhbusların “Kriminalvårdsmagasinet” nəşrində dərc olunmuş açıq məktubunda bildirilib.

Tartu Həbsxanasında hazırda 41 isveçli məhbus saxlanılır. İsveç Həbsxana Xidməti gələn yaya qədər bu rəqəmi 600-ə çatdırmağı planlaşdırır.

Açıq məktubda məhbuslar qeyri-kafi qidalanma, iş və digər fəaliyyətlər üçün imkanların olmaması, dini, etnik mənsubiyyət və dəri rənginə görə ayrı-seçkilik iddialarını bildirirlər. Onlar, həmçinin İsveç nümayəndələrindən lazımi dəstəyi almadıqlarını iddia edirlər.

Yeməyin keyfiyyəti xüsusi narazılıq doğurur. Məhbuslar iddia edirlər ki, onlara həftə ərzində əsasən toyuq, tərəvəzli raqu və şorba verilir. Məhbusların qohumları əvvəllər müəssisədəki yeməklərin it qablarına bənzər boşqablarda verildiyini bildirmişdilər. Məktubun müəllifləri, həmçinin cəmi beş santimetr qalınlığında nazik döşəklərdən, həddindən artıq dolu kameralardan, nahar və şam yeməyi zamanı kameralarında yemək ehtiyacından şikayətlənirlər.

Məhbuslar İsveçdə cinayət törətmələrinə baxmayaraq, faktiki olaraq Estoniya qanunlarına tamamilə tabe olduqlarını vurğulayırlar və məktubda isveçli siyasətçilərdən onların şəraitinin İsveç islah müəssisələrində olan şəraitdən niyə fərqləndiyini izah etmələrini tələb edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: