Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

A- A A+

Əsas ticarət marşrutlarında gəmiçilikdə yaranan fasilələr qlobal enerji və ərzaq təhlükəsizliyi üçün təhdiddir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (BVF) Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (BVMK) sədri Məhəmməd bin Abdullah əl-Cədaan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının Banqkokda keçirilən payız sessiyası çərçivəsində bildirib.

”Müharibələr və münaqişələr ağır humanitar nəticələrə, eləcə də əhəmiyyətli iqtisadi xərclərə və əlavə mənfi təsirlərə səbəb olur. Ən mühüm su yollarında və ticarət marşrutlarında yaranan fasilələr də enerji və ərzaq təhlükəsizliyinə təhdid yaradır. Ticarət gərginliyi və təchizat zəncirlərindəki pozuntular qeyri-müəyyənliyi və qiymət təzyiqlərini artırır”, – deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: