Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

A- A A+

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır.

NUHÇIXAN "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxışı zamanı bildirib.

"Biz Səudiyyə Ərəbistanını qorumaq üçün istənilən addımı atacağıq. Əgər bizdən bunu xahiş etsələr, müvafiq tədbirlərin təsdiqlənməsi üçün parlamenti növbədənkənar iclasa çağıracağam", – deyə Misir lideri vurğulayıb.

Bununla belə, Sisi Misirin hərbi əməliyyatlarda iştirak etmək niyyətində olmadığını xüsusi qeyd edib.

"Biz müharibə aparmaq və ya kiməsə hücum etmək istəmirik. Biz yalnız Səudiyyə Ərəbistanını müdafiə edəcəyik", – deyə prezident bildirib.

Misir lideri ölkəsinin, Səudiyyə Ərəbistanının və digər Fars körfəzi dövlətlərinin milli təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Qahirə krallığın təhlükəsizliyinə və sərhədlərinə təhdid yaranmasına imkan verməyəcək.

Əs-Sisi, həmçinin Qırmızı dənizdə gəmiçiliyə qarşı təhdidlərə etirazını bildirib və regionda gərginliyin azaldılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, Misir daha əvvəl Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Ər-Riyadın krallığın təhlükəsizliyini təmin etmək istiqamətində gördüyü tədbirləri dəstəklədiyini bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: