ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "NBC News" kanalına müsahibəsində bildirib.
"Biz buna (kəşfiyyat məlumatlarının Kiyevə verilməsinə - red.) görə çox minnətdarıq. İndi hər şey işləyir", - o, müvafiq suala cavab verib.
Onun sözlərinə görə, kəşfiyyat məlumatlarının mübadiləsi "müəyyən müddətə" dayandırılmışdı. Bununla belə, Zelenski prosesin məhz nə vaxt bərpa olunduğunu dəqiqləşdirməyib.
Ukrayna lideri həmçinin Amerika nümayəndələri ilə danışıqların artıq gələn həftə baş tutacağına ümid etdiyini bildirib.
