Milanda iğtişaşlardan sonra 200-dən çox şəxs saxlanılıb

A- A A+

İtaliyanın Milan şəhərinin mərkəzində baş verən iğtişaşlardan sonra 200-dən çox şəxs polis tərəfindən saxlanılıb. Onların təxminən 80 faizinin yetkinlik yaşına çatmadığı bildirilir.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “RAI News 24” telekanalı məlumat yayıb.

Məlumata görə, yaşayış xərclərindən və xidmətlərin keyfiyyətindən narazılıq fonunda başlayan iğtişaşlar zamanı etirazçılar mağaza və restoranların şüşələrini sındırıb, küçə infrastrukturuna ziyan vurub, zibil qutularını yandırıblar.

Polis iğtişaşların qarşısını almaq üçün xüsusi vasitələrdən və su şırnaqlarından istifadə edib. Günün sonunda vəziyyət nəzarət altına alınıb.

İtaliyanın Baş naziri Ciorcia Meloninin bazar ertəsi ictimai asayiş məsələləri ilə bağlı iclas keçirəcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: