ABŞ Avropa İttifaqının (Aİ) “Starlink” də daxil olmaqla, Amerika texnologiya şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyi təqdirdə, sərt cavab verə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ABŞ-nin Aİ-dəki daimi nümayəndəsi Endryu Puzderə istinadla məlumat yayıb.
Puzder Brüsseli Vaşinqtonun mümkün cavabını və Amerika bazarının miqyasını nəzərə almağa çağırıb. O bildirib ki, Amerika şirkətlərinin rəqabət qabiliyyətinin azaldılması Avropa şirkətlərinin mövqelərini gücləndirmək üçün qanuni məqsəd hesab edilə bilməz.
Qəzetin məlumatına görə, bu açıqlama Avropa Komissiyasının mobil telefonların peyklərə birbaşa qoşulması üçün istifadə olunan müəyyən radiofrekans spektrini yalnız Avropa şirkətlərinə ayırmaq təklifinə cavab olaraq səsləndirilib. Təklif qəbul edilərsə, “Starlink” peyk şəbəkəsini idarə edən “SpaceX” də daxil olmaqla, ABŞ və Çin şirkətlərinin həmin spektrə çıxışı məhdudlaşa bilər.
