“Forbes” dünyanın ən çox qazanan 10 futbolçusunun siyahısını açıqlayıb

A- A A+

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2026/2027-ci illər mövsümündə dünyanın ən çox qazanan futbolçusu olacaq.

NUHÇIXAN  “Forbes” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun ümumi gəliri 300 milyon dollar təşkil edəcək. Bu, “İnter Mayami”nin kapitanı Lionel Messinin gəlirindən iki dəfə çoxdur.

Hesablamalara futbolçuların klublardan əldə etdikləri əməkhaqqı və digər ödənişlər, eləcə də futboldankənar fəaliyyətlərindən qazandıqları vəsaitlər daxildir. Ronaldunun “Əl-Nəsr” klubundan 250 milyon dollar, digər gəlir mənbələrindən isə 50 milyon dollar qazanacağı proqnozlaşdırılır.

Siyahıda ikinci yeri 145 milyon dollar gəlirlə Lionel Messi tutub. Üçüncü pillədə isə İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe qərarlaşıb. Onun ümumi gəlirinin 100 milyon dollar olacağı gözlənilir.

“Forbes”in açıqladığı siyahıda dünyanın ən çox qazanan 10 futbolçusu aşağıdakı kimi sıralanıb:

1.Kriştianu Ronaldu (“Əl-Nəsr”) – 300 milyon dollar (250 milyon dollar klubdan, 50 milyon dollar digər fəaliyyətlərdən).

2.Lionel Messi (“İnter Mayami”) – 145 milyon dollar (70 milyon dollar klubdan, 75 milyon dollar digər fəaliyyətlərdən).

3.Kilian Mbappe (“Real Madrid”) – 100 milyon dollar (70 milyon dollar klubdan, 30 milyon dollar digər fəaliyyətlərdən).

4.Erlinq Haaland (“Mançester Siti”) – 85 milyon dollar (60 milyon dollar klubdan, 25 milyon dollar digər fəaliyyətlərdən).

5.Vinisius Junior (“Real Madrid”) – 76 milyon dollar (48 milyon dollar klubdan, 28 milyon dollar digər fəaliyyətlərdən).

6.Lamin Yamal (“Barselona”) – 55 milyon dollar (35 milyon dollar klubdan, 20 milyon dollar digər fəaliyyətlərdən).

7.Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar (50 milyon dollar klubdan, 4 milyon dollar digər fəaliyyətlərdən).

8.Cud Bellingem (“Real Madrid”) – 45 milyon dollar (29 milyon dollar klubdan, 16 milyon dollar digər fəaliyyətlərdən).

9.Harri Keyn (“Bavariya”) – 42 milyon dollar (29 milyon dollar klubdan, 13 milyon dollar digər fəaliyyətlərdən).

10.Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20 milyon dollar klubdan, 20 milyon dollar digər fəaliyyətlərdən).

Qeyd edək ki, “Əl-Nəsr” klubu Kriştianu Ronaldunun meydandankənar həyat şəraitinə də xüsusi diqqət yetirir. Onun şəxsi uçuşları üçün 5,5 milyon dollar vəsait ayrılıb. Portuqaliyalı futbolçu klubun səhmlərinin 15 faizinə də sahibdir. Həmin payın dəyəri təxminən 45,4 milyon dollar qiymətləndirilir. Ronalduya vurduğu hər qola görə 110 min dollar, məhsuldar ötürməyə görə isə 55 min dollar bonus ödənilir. Müqavilənin ikinci ilində bu məbləğlər 20 faiz artırılıb. Kriştianu Ronaldunun “Əl-Nəsr” klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: