Çin ilk dəfə Arktika gəmiçilik marşrutları boyunca peyk internetini sınaqdan keçirib.
NUHÇIXAN Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, kommersiyaöncəsi sınaqlar uğurla başa çatıb. Bildirilib ki, Çinin 16-cı Şimal Buzlu Okean ekspedisiyası çərçivəsində Arktika, Antarktida və Tibet yaylası arasında rabitə əlaqəsi yaradılıb.
Qeyd edək ki, Çin Arktikada mövqelərini möhkəmləndirmək və “Qütb İpək Yolu” logistika şəbəkəsini inkişaf etdirmək məqsədilə uzunmüddətli strategiya həyata keçirir.
