İngiltərədə avtobuslarda yüksək səslə musiqi dinləyən sərnişinlər cərimələnə bilər

A- A A+

İngiltərədə ictimai nəqliyyatda asayişin qorunması məqsədilə yeni tədbirlərin tətbiqi planlaşdırılır.

NUHÇIXAN  BBC-yə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, avtobuslarda yüksək səslə musiqi dinləyən sərnişinlər 100 funt sterlinqədək cərimələnə bilərlər.

Böyük Britaniya hökumətinin təşəbbüsü ictimai nəqliyyatda sərnişinlərin rahatlığını təmin etmək və antisosial davranışların qarşısını almaq məqsədi daşıyır. Təklif olunan tədbirlər yalnız yüksək səslə musiqi dinlənilməsini deyil, həmçinin ictimai nəqliyyatda zibil atılması, elektron siqaretdən istifadə və təhdidedici davranışlarla mübarizəni də əhatə edir. Yeni səlahiyyətlər çərçivəsində yerli hakimiyyət orqanları avtobuslarda qaydaları pozan sərnişinlərə cərimə tətbiq edə biləcəklər.

Mövcud qaydalara əsasən, qatarlarda yüksək səslə musiqi dinləməyi dayandırmaq barədə xəbərdarlığa məhəl qoymayan sərnişinlər nəqliyyat vasitəsindən uzaqlaşdırıla və 1000 funt sterlinqədək cərimələnə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: