Türkmənistanda beynəlxalq tədbirlərin keçirilməsinə hazırlıq məsələləri müzakirə olunub

A- A A+

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında beynəlxalq tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.

NUHÇIXAN TNP informasiya portalına istinadla xəbər verir ki, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova “Avaza” Milli Turizm Zonasında qadın dialoqu, universal səhiyyə və demoqrafik proseslərə həsr olunmuş son genişmiqyaslı beynəlxalq forumların nəticələri barədə məlumat verib.

İclasda milli valyuta olan manatın tətbiqinin 33-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransa hazırlıq işləri, həmçinin XXXI Beynəlxalq “Türkmənistan Neft-Qaz – 2026” konfransı və sərgisinin keçirilməsi planları barədə məlumat verilib.

Baş nazirin müavini və xarici işlər naziri Rəşid Meredov Mərkəzi Asiya ölkələri və ABŞ arasında Səmərqənddə keçirilməsi planlaşdırılan “C5+1” formatında növbəti nazirlər görüşünə hazırlıq barədə məlumat verərək çoxtərəfli tərəfdaşlığın əhəmiyyətini və birgə bəyannamənin qəbul edilməsinin planlaşdırıldığını qeyd edib.

Türkmənistanda, həmçinin elm-təhsil, texnologiya sahələrində də beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: