İspaniyada güclü yağışlarla əlaqədar qırmızı xəbərdarlıq elan edilib

A- A A+

İspaniyanın şərqində güclü yağışlar səbəbindən ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edilib. Yağıntılar daşqınlara, yolların bağlanmasına və tədrisin dayandırılmasına səbəb olub.

NUHÇIXAN  EFE agentliyinə istinadla xəbər verir ki, Valensiya muxtar icmasının əyalətlərində təhlükə səviyyəsi maksimum həddə çatdırılıb. Ölkənin digər bölgələrində isə sarı və narıncı xəbərdarlıqlar qüvvədədir.

Güclü yağışlar səbəbindən təxminən 100 min şagirdin əyani təhsili dayandırılıb. Hakimiyyət orqanları bəzi yaşayış məntəqələrinin sakinlərini evdə qalmağa çağırıb və xilasetmə xidmətlərinə dəstək məqsədilə ordu qüvvələrini cəlb etmək qərarına gəlib.

Əlverişsiz hava şəraiti Kataloniya və Balear adalarına da təsir göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: