Dohada 8-ci Qlobal Təhlükəsizlik Forumu işinə başlayıb

A- A A+

Bu gün Qətərin paytaxtı Dohada “İttifaqların gələcəyi” şüarı altında 8-ci Qlobal Təhlükəsizlik Forumu işinə başlayıb. Qətər Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Akademiyasının “Soufan” Mərkəzi ilə birgə təşkil etdiyi forum oktyabrın 21-dək davam edəcək.

NUHÇIXAN  “əl-Rayə” qəzetinə istinadla xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən liderlər, yüksək vəzifəli şəxslər və təhlükəsizlik üzrə ekspertlər iştirak edirlər.

Forum çərçivəsində dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, onların dövlətlərarası ittifaqlara təsiri və ortaq təhlükəsizlik təhdidlərinə qarşı əməkdaşlığın perspektivləri müzakirə olunur.

İştirakçılar mövcud ittifaqların dəyişən siyasi və təhlükəsizlik şəraitinə uyğunlaşma imkanlarını, yeni tərəfdaşlıqların yaradılmasını, beynəlxalq etimadın və koordinasiyanın gücləndirilməsini də nəzərdən keçirəcəklər.

Əsas diqqət yeni təhdidlərə qarşı əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə, ittifaqların effektivliyinin qorunmasına, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: