Böyük Britaniyada hər gün 3 mindən çox evin satış qiyməti endirilir

A- A A+

Böyük Britaniyada sentyabr ayı ərzində hər gün orta hesabla 3 mindən çox yaşayış əmlakının satış qiyməti aşağı salınıb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “Rightmove” daşınmaz əmlak platformasının BBC-yə təqdim etdiyi məlumatlarda bildirilir.

Məlumata görə, sentyabr ayında qiyməti endirilən evlərin sayı son 15 ilin eyni dövr üçün ən yüksək göstəricisinə çatıb. Bunun əsas səbəbləri arasında satışa çıxarılan evlərin sayının çoxalması və bəzi satıcıların əmlaklarına real bazar dəyərindən yüksək qiymət müəyyən etməsi göstərilir. Statistikaya əsasən, satışa çıxarıldıqdan sonra qiyməti aşağı salınan evlərin payı 2023-cü ildə ən yüksək həddə çatıb və o vaxtdan bəri nisbətən yüksək səviyyədə qalmaqda davam edir.

Daşınmaz əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, ipoteka faizlərinin son üç ilin ən yüksək səviyyəsinə çatması alıcıların büdcəsinə əlavə təzyiq göstərir. Nəticədə potensial alıcılar ev seçimində daha ehtiyatlı davranır və qiymətləri diqqətlə müqayisə edirlər.

“Rightmove” şirkətinin nümayəndəsi Kollin Bebkok bildirib ki, uzun müddət satışda qalan əmlakın qiymətinin sonradan endirilməsi bəzi alıcılarda şübhə yarada bilər. Onun sözlərinə görə, evdə hər hansı problem olmasa belə, qiymət endirimi alıcıları bunun səbəbləri barədə düşünməyə vadar edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: