Belçikada iğtişaşlarla mübarizə üçün hərbi hazırlıqlı polis ehtiyatı yaradılması müzakirə olunur

A- A A+

Belçikada kütləvi iğtişaşlar zamanı təhlükəsizliyin gücləndirilməsi məqsədilə hərbi hazırlıqlı polis ehtiyatının yaradılması təklif olunur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken RTL-TVi telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Müdafiə və Daxili İşlər nazirlikləri qurumlar arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Təklifə əsasən, polis əməkdaşları Müdafiə Nazirliyinin nəzarəti altında hərbi hazırlıq keçəcək, daha sonra isə Daxili İşlər Nazirliyinin sərəncamına veriləcəklər.

Teo Franken bu təşəbbüsü “yeni nəsil jandarm” modeli kimi xarakterizə edib və güclü zorakılıq hallarında vətəndaşların müdafiəsinin vacibliyini vurğulayıb.

Nazir bildirib ki, Baş nazir Bart De Vever təklifdən xəbərdardır və məsələ ilə bağlı müzakirələr son günlərdə də aparılıb.

Daxili işlər naziri Bernar Kintinin ofisi də iki nazirlik arasında görüşlərin keçirildiyini təsdiqləyib. Qurumdan bildirilib ki, polis və Müdafiə Nazirliyi arasında əməkdaşlıq artıq müəyyən obyektlərin mühafizəsi və dəmir yolu polisi ilə birgə patrulların təşkili sahələrində həyata keçirilir.

Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsini və ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsini hədəfləyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: