Mərkəzi Asiya ölkələri və ABŞ Səmərqənd görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul edib

A- A A+

Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya və ABŞ xarici işlər nazirlərinin “C5+1” görüşünün yekunlarına əsasən uzunmüddətli, qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş Birgə Bəyanat qəbul edilib.

NUHÇIXAN  Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə regionun xarici işlər nazirliklərinin rəhbərləri və ABŞ dövlət katibi Marko Rubio iştirak ediblər.

Tərəflər ticarət və investisiyaların genişləndirilməsi, nəqliyyat və logistika infrastrukturunun inkişafı, təchizat zəncirlərinin şaxələndirilməsi, nadir minerallar, enerji, rəqəmsallaşdırma və innovasiya sahələrində birgə layihələrin perspektivlərini müzakirə ediblər.

İştirakçılar əldə edilmiş razılaşmaların həyata keçirilməsinə və əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: