Fransada ictimai-siyasi gərginlik fonunda avronun məzənnəsi zəifləyib

A- A A+

Fransada zorakılıqla müşayiət olunan etiraz aksiyalarından sonra bazar ertəsi avronun məzənnəsi aşağı düşüb. Bu hadisələr ölkənin dövlət borcunu nəzarətdə saxlamaq imkanları ilə bağlı suallar yaradıb, prezident seçkiləri ərəfəsində isə siyasi qeyri-müəyyənliyi artırıb.

NUHÇIXAN  xəbər verir ki, “Tickmill” şirkətinin analitiki Patrik Mannellinin sözlərinə görə, Fransada siyasi qeyri-sabitlik, əhvali-ruhiyyənin pisləşməsi, Avropaya inamın azalması və büdcə sabitliyi ilə bağlı suallar vahid Avropa valyutasına təzyiq göstərməkdə davam edir.

İğtişaşlardan sonra Prezident Emmanuel Makron bazar günü axşam saatlarında xalqa müraciət edib. Fransa mətbuatının yazdığına görə, onun çıxışında mühüm açıqlamalar yer alıb. Solçu qüvvələr Prezidenti, xüsusilə yaşayış xərcləri ilə bağlı etirazçıların tələblərini nəzərə almamaqda ittiham edir, sağçı qüvvələr isə daha sərt mövqe nümayiş etdirməyə çağırırlar.

Bu qarşıdurmalar avrozonanın ikinci ən böyük iqtisadiyyatına malik Fransanın yüksək dövlət borcu səbəbindən maliyyə bazarlarının ciddi diqqəti altında olduğu bir vaxta təsadüf edir.

“Büdcə kəsirini azaltmaq məqsədilə zəruri maliyyə intizamını təmin etmək siyasətçilər üçün çətin olacaq”, – deyə “Saxo Bank”ın analitiki Nil Uilson bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: