Şavkat Mirziyoyev və Marko Rubio strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

A- A A+

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 19-da Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubionu qəbul edib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.

NUHÇIXAN Özbəkistan Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, görüşdə ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının bu dəfəki iclası çərçivəsində 12 milyard dollar məbləğində yeni razılaşmalar əldə olunub. Bildirilib ki, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 35 faiz artıb.

Tərəflər, həmçinin strateji əhəmiyyətli faydalı qazıntılar, energetika, nəqliyyat, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, Genişləndirilmiş Strateji Tərəfdaşlıq Dialoqunun ilk iclasının yekunlarına əsasən, kosmik fəzanın dinc məqsədlərlə tədqiqinə dair Artemis Sazişləri də daxil olmaqla, bir sıra sənədlər imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: