Çexiyada ötən il dünyaya gələn hər on birinci körpənin Çexiya vətəndaşlığı olmayıb.
NUHÇIXAN xəbər verir ki, Çexiya Statistika İdarəsinin məlumatlarına görə, 2025-ci ildə ölkədə xarici vətəndaşlığı olan 7 min 249 uşaq doğulub. On il əvvəl bu göstərici 3 min 709 olub. Beləliklə, xarici vətəndaşlığı olan yenidoğulmuşların sayı iki dəfə artıb.
Ötən il Çexiyada ümumilikdə 77 min 600 uşaq dünyaya gəlib ki, bu da son illər qeydə alınan ən aşağı göstəricidir. Paytaxt Praqada yenidoğulmuşların 23 faizi xarici vətəndaşlığı daşıyıb.
Bu il həmin tendensiya davam etməkdədir.
Xarici vətəndaşlığı olan körpələrin əksəriyyəti Ukrayna vətəndaşlarıdır. 2025-ci ildə onların sayı 4 min 211 nəfər təşkil edib. Siyahıda Slovakiya vətəndaşları 804, Vyetnam vətəndaşları isə 636 körpə ilə növbəti yerləri tutublar.
2026-cı ilin göstəriciləri isə gələn il açıqlanacaq.
Ölkədə miqrantların sayı da artmaqdadır.
