Pentaqon rəhbəri İsrailə gizli səfəri zamanı Netanyahu ilə görüşüb

A- A A+

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfəri zamanı Baş nazir Binyamin Netanyahu ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, görüş bazar ertəsi baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb.

Portal qeyd edir ki, səfər ABŞ Prezidenti Donald Trampın İsrail parlament seçkilərində Netanyahunu dəstəklədiyini bildirməsindən bir gün sonra reallaşıb.

Görüşün ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf etdiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: