Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb

A- A A+

Fransa hökuməti 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin gəlirlərə həsr olunmuş birinci hissəsi üzrə səsverməni təxirə salıb.

NUHÇIXAN xəbər verir ki, Milli Assambleyada bir həftə davam edən müzakirələr oktyabrın 27-də bərpa olunacaq.

“Le Monde” qəzetinin məlumatına görə, Milli Assambleyada baxış başa çatdıqdan sonra büdcə layihəsi deputatlar tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq, Senata göndəriləcək.

Oktyabrın 9-da parlamentin Maliyyə Komissiyası tərəfindən böyük ölçüdə rədd edilən 89 maddədən ibarət büdcə layihəsi dövlət kəsirinin məhdud şəkildə azaldılmasını nəzərdə tutur. Məqsəd kəsiri ümumi daxili məhsulun (ÜDM) 5,4 faizindən 5 faizinə endirməkdir. Bununla belə, Baş nazir Sebastyən Lökornünün açıqladığı perspektivlərə görə, bu hədəfə çatmaq mümkün olmaya bilər.

Bundan əlavə, nəzərdə tutulan göstərici Avropa İttifaqının müəyyən etdiyi ÜDM-in 3 faizi həddindən xeyli yüksəkdir. Dövlət kəsirinin və borcunun azaldılması hökumət üçün əsas prioritetlərdən biri olaraq qalır.

Milli Assambleyada çoxluğun olmaması büdcənin qəbulunu qeyri-müəyyən edir. Müxtəlif mövqelərə malik müxalifət qüvvələri ilə razılığa gəlmək zərurəti və yaxınlaşan prezident seçkiləri büdcə danışıqlarını daha da mürəkkəbləşdirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: