Husilərin hərbi təlim mərkəzinə hücumu nəticəsində 53 nəfər ölüb

A- A A+

Husilərin Yəmənin cənub-şərqində yerləşən Şəbva vilayətində hərbi hazırlıq mərkəzinə raket hücumu nəticəsində 53 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

NUHÇIXAN xəbər verir ki, yerli hakimiyyət orqanlarının ilkin məlumatına görə, hücum bazar ertəsi günü vilayətin inzibati mərkəzi olan Ətəq şəhəri yaxınlığındakı təlim mərkəzinə üç ballistik raketlə həyata keçirilib. Hücum zamanı daxili təhlükəsizlik qüvvələrinə yeni qəbul olunmuş şəxslər təlim keçirmişlər.

Hücum Yəməndə husilərə qarşı davam edən hərbi əməliyyatlar fonunda baş verib. Taiz vilayətində bir neçə istiqamətdə toqquşmalar qeydə alınıb. Hökumət qüvvələri xalq müqavimət dəstələrinin dəstəyi ilə bir sıra ərazilərdə irəliləyərək bəzi mövqeləri, ağır silahları və hərbi texnikanı ələ keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: