Lekornyu: Fransada qismən komendant saatı vəziyyətin sabitləşməsinə töhfə verib

A- A A+

Genişmiqyaslı etirazlar zamanı yaranan iğtişaşlar səbəbindən Fransa ərazisində qismən komendant saatının tətbiqi vəziyyətin sabitləşməsinə kömək edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyan Lekornyu sosial şəbəkələrdə bildirib.

"Komendant saatı şəklindəki tədbirlər bu gecənin sakit keçməsinə kömək etdi. Bu axşam vəziyyətin tələb etdiyi yerlərdə yeni komendant saatları tətbiq ediləcək", - o qeyd edib.

Ötən gün brifinq zamanı Lekornyu ölkənin bəzi şəhərlərinin mərkəzlərində qismən komendant saatının tətbiq edilməsi barədə tapşırıq verdiyini bildirib. O həmçinin, zərurət yaranacağı təqdirdə ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsini də istisna etməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: