Yaponiya oktyabrın 20-də Marsın təbii peykindən qaya və qum nümunələri toplamaq üçün dünyanın ilk missiyasının yerinə yetirəcək kosmik gəmini uğurla fəzaya buraxıb.
NUHÇIXAN xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi (JAXA) “Martian Moons eXploration” (MMX) zondunun H3 raketindən uğurla ayrıldığını və planlaşdırılan orbitə daxil olduğunu açıqlayıb.
Raket yerli vaxtla səhər saat 04:41-də Yaponiyanın cənub-qərbindəki Taneqaşima Kosmik Mərkəzindən havaya qalxıb.
JAXA-nın layihə meneceri Makoto Arita kosmik gəminin planlaşdırılan orbitə müstəsna dəqiqliklə çatdığını bildirib.
Məlumata görə, 4480 kiloqramlıq kosmik gəmi Marsın iki peykindən daha böyüyü olan “Phobos”a səyahət edəcək və onun 2027-ci ilin avqustunda Qırmızı planetin orbitinə daxil olması gözlənilir. Əvvəlcə fransız-alman roveri “Phobos”a enəcək, ardınca isə yapon kosmik aparatı iki nümunə toplamaq üçün eniş edəcək.
Zond daha sonra 2030-cu ilin noyabrında Mars orbitini tərk etməzdən əvvəl bu planetin ikinci peyki olan “Deimos”da müşahidələr aparacaq. Nümunələrin 2031-ci ilin iyulunda Yerə qaytarılması gözlənilir.
Məlumata görə, infrastruktur investisiyalarının artması fonunda kosmik startaplar rekord həddə - 20,8 milyard dollarlıq maliyyələşdirmə toplayıb.
Beynəlxalq MMX missiyasının məqsədi Marsın peyklərinin necə əmələ gəldiyini müəyyənləşdirmək və planetin tədqiqi üçün texnologiyaları inkişaf etdirməkdir.
