Qazaxıstan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv dövlətləri üçün model rəqəmsal məcəllə hazırlamağı təklif edib.
NUHÇIXAN “Kabar” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Qurultayının sədri Aybek Dadebay bu təklifi Bişkekdə keçirilən TÜRKPA-nın 15-ci plenar iclasında irəli sürüb.
Onun sözlərinə görə, sənəd rəqəmsal sahənin tənzimlənməsində vahid yanaşmaların formalaşdırılmasına, rəqəmsal hüquq üçün ortaq terminoloji və metodoloji əsasın yaradılmasına, habelə ölkələr arasında əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsinə kömək edəcək.
Dadebay, həmçinin Qazaxıstanın logistika potensialını artırmaq üçün rəqəmsal monitorinq mərkəzi və yeni texnologiyaların təşviqində rəqəmsal həllər mərkəzinin yaradılması təşəbbüslərini dəstəkləməyə çağırıb. O, rəqəmsal təhlükəsizlik şurasının yaradılmasının vacibliyini qeyd edib.
“Məclis deputatları belə bir model məcəlləni hazırlamaq üçün həmkarları ilə birlikdə işləməyə hazırdırlar”, - deyə o bildirib.
