Stokholm uzunömürlülük baxımından İsveçin lider şəhəridir

A- A A+

İsveçdə uzunömürlü insanların sayı artır, lakin bu məsələdə regionlar arasında əhəmiyyətli fərqlər qalmaqdadır.

NUHÇIXAN xəbər verir ki, İsveç Statistika İdarəsinin (SCB) məlumatlarına görə, 2021-ci ildən 2025-ci ilə qədər qadınların orta ömür uzunluğu 85,1 il, kişilərdə isə 81,8 il olub. Bu, İsveçi Skandinaviya ölkələri arasında birinci yerə qoyur.

Stokholm ilk dəfə olaraq uzun müddətdir ən yüksək ömür uzunluğuna sahib olan Halland qraflığını geridə qoyub. Stokholm bölgəsində hazırda uzunömürlü qadınların orta yaş həddi 86,01 il, kişilərin isə 82,71 ildir.

Əvvəlki beşillik dövrlə müqayisədə Stokholmda ömür uzunluğu qadınlar üçün 1,2 il, kişilərdə isə 1,6 il artıb.

Norrbotten qraflığı ölkədə ən aşağı ömür uzunluğuna sahib olaraq qalmaqdadır və müvafiq rəqəmlər qadınlar üçün 83,73 il, kişilər üçün isə 80,22 ildir.

Ekspertlərin fikrincə, bu regional fərqlərin əsas səbəblərindən biri əhalinin təhsil səviyyəsi və gəliridir.

“Təhsil səviyyəsi ilə ömür uzunluğu arasında əlaqə çox güclüdür. Təhsil gəlirə və karyera seçiminə təsir göstərir ki, bu, öz növbəsində, iş şəraitini və digər həyat şərtlərini müəyyən edir”, - deyə ekspertlər izah edirlər.

Stokholmda 16 yaşdan yuxarı sakinlərin 49 faizi ortadan yuxarı təhsilə malikdir ki, bu da ölkədə ən yüksək göstəricidir. Uppsala 45 faizlə ikinci yerdədir.

Statistika onu da göstərir ki, son iki onillikdə İsveçin bütün bölgələrində ömür uzunluğu artıb, baxmayaraq ki, artım templəri əhəmiyyətli dərəcədə dəyişir. Həm kişilər, həm də qadınlar üçün ən kiçik artım Blekinqe qraflığında qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: