Darmanen: Fransada iğtişaşlarla bağlı 150-yə yaxın şəxsə həbs cəzası verilib

A- A A+

Fransada etiraz aksiyaları zamanı müxtəlif hüquqpozmalar törətməkdə günahlandırılan təxminən 150 nəfər həbs cəzasına məhkum edilib.

NUHÇIXAN Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Jerald Darmanen bildirib.

"Məhkəmə iclasları 48 saat ərzində keçirilir. İndiyə qədər artıq 149 nəfər həbs cəzası alıb", - o qeyd edib.

Onun sözlərinə görə, bəzi mağazaları qarət edən 4 nəfər 10 ay həbs cəzası alıblar.

Medianın məlumatına görə, yaxın vaxtlarda iğtişaş hallarının araşdırılması üzrə istintaq komissiyasının yaradılması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: