Antarktidada yerləşən və “Qiyamət günü buzlağı” adı ilə tanınan Tueytsa buzlağı əvvəllər düşünüləndən daha sürətlə əriyir.
NUHÇIXAN xəbər verir ki, “Nature Communications” elmi jurnalında dərc olunmuş yeni bir araşdırmaya görə, onun əriməsinin qlobal dəniz səviyyələrinə təsiri əvvəllər proqnozlaşdırıldığından iki dəfə çox ola bilər. Alimlər buz təbəqəsinin altında baş verən prosesləri daha dəqiq qiymətləndirmək üçün yeni model hazırlayıblar. Nəticələr göstərir ki, buzlaq əvvəllər düşünüləndən daha sürətlə əriyir.
Tədqiqatçıların fikrincə, 2100-cü ilə qədər Tueytsa buzlağının əriməsi qlobal dəniz səviyyəsinin əvvəlki proqnozlardan iki dəfə çox, yəni üç santimetr artmasına səbəb ola bilər. Bu, qarşıdakı onilliklərdə sahil daşqınları riskini artırır.
Alimlər qeyd edirlər ki, hətta istixana qazı tullantılarının azaldılması belə, artıq baş verən dəyişikliklərin nəticələrinin qarşısını tamamilə ala bilməyəcək. Onlar vurğulayırlar ki, buzlağın məruz qaldığı ziyan nəzərə alınarsa, gələcəkdə dünya okeanının səviyyəsinin daha da artması labüd olacaq
