Luka Nikulesku Rumıniyanın Baş naziri vəzifəsinə təsdiqlənib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rumıniya mediası məlumat yayıb.
Məlumata görə, onun təklif etdiyi hökumət parlamentdə səs çoxluğu qazandıqdan sonra təsdiqlənib.
Yeni hökumətin tərkibinin təsdiqlənməsinə 280 deputat səs verib, 58 senator və deputat isə əleyhinə çıxış edib.
Hökumətin tərkibinə Sosial Demokrat Partiyasının (PSD) nümayəndələri və müstəqil nazirlər daxil olub.
Yeni hökumət üzvlərinin dövlət başçısına and içəcəyi, bundan sonra isə hökumətin ilk iclasının keçiriləcəyi gözlənilir.
