Türkiyənin Aydın vilayətinin Didim rayonunda 25 qanunsuz miqrant saxlanılıb.
NUHÇIXAN DHA-ya istinadən xəbər verir ki, polis əməkdaşları qanunsuz miqrasiya və insan alverinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər.
Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 4 şübhəli saxlanılıb: "Şübhəlilərdən 3-ü həbs edilib, digəri isə sərbəst buraxılıb".
Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.
